...

Azərbaycan avarçəkəni Olimpiya oyunlarının ¼ final mərhələsinə yüksəlib

Cəmiyyət Materials 24 Avqust 2010 17:16 (UTC +04:00)
Azərbaycanı Sinqapur Olimpiya oyunlarında təmsil edən avarçəkən Radoslav Kutsev çərşənbə axşamı slalom növü ilə yarışlara qoşulub.
Azərbaycan avarçəkəni Olimpiya oyunlarının ¼ final mərhələsinə yüksəlib

Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycanı Sinqapur Olimpiya oyunlarında təmsil edən avarçəkən Radoslav Kutsev çərşənbə axşamı slalom növü ilə yarışlara qoşulub. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

İdmançımız ilk dəfə yarışdığı kanoe slalom növündə 8 ən güclünün yer aldığı ¼ finala yüksəlib.

17 yaşlı idmançımız əvvəlcə sınaq yürüşlərində mübarizə aparıb. O, 1 dəqiqə 57,56 saniyə nəticə ilə 16 iştirakçı arasında 7-ci olub. Bundan sonra Kutsev 1-ci mərhələdə iştirak edib. Avarçəkənimizin rəqibi Edqar Babayan (Ermənistan) olub. Yığmamızın üzvü 1 dəqiqə 54,31 saniyə nəticə göstərdiyi halda, Babayan 2 dəqiqə 6,43 saniyə göstərici ilə xeyli arxada qalıb. Nəticədə Kutsev təsəlliverici yürüş sayılan 2-ci mərhələyə qatılmadan birbaşa 3-cü mərhələyə yüksəlib. Həmin mərhələdə isə slalomçumuz Patrik Sokolla (Polşa) üz-üzə gəlib. Kutsev yenə rəqibindən üstün olub. O, 1 dəqiqə 53,53 saniyə, Sokol isə 1 dəqiqə 56,59 saniyə nəticə göstərib. Beləliklə, idmançımız kanoe növündə olduğu kimi, kanoe slalomda da 4-cü mərhələyə, daha dəqiq desək, ¼ finala çıxıb.

Növbəti mərhələdə təmsilçimizin rəqibi Anatoli Melnik (Ukrayna) olacaq. Yarış avqustun 25-də Bakı vaxtı ilə saat 12:20-də başlayacaq.

Kutsev 21-22 avqustda kanoe növündə də çıxış edib. O, ¼ finalda uduzaraq 6-cı yeri tutub. Olimpiya çempionu adını isə onu üstələyən kubalı Kaserio Sardenas qazanıb.

Xəbər lenti

Xəbər lenti