...

Paytaxtın 9-cu sinif şagirdləri buraxılış imtahanları verirlər

Cəmiyyət Materials 18 İyun 2011 11:45 (UTC +04:00)
Təhsil Nazirliyindən şənbə günü Trend-ə verilən məlumata görə, 75 imtahan mərkəzində 35026 nəfər imtahan verir.
Paytaxtın 9-cu sinif şagirdləri buraxılış imtahanları verirlər

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir İ.İsabalayeva/

Bu gün Bakı şəhərinin IX siniflərində ümumi orta təhsil səviyyəsi üzrə mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilir.

Təhsil Nazirliyindən şənbə günü Trend-ə verilən məlumata görə, 75 imtahan mərkəzində 35026 nəfər imtahan verir. Şagirdlər 90 dəqiqə ərzində ana dili və riyaziyyat fənlərinin hərəsindən 25 sual olmaqla 50 suala cavab verməlidirlər. Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında istifadə olunacaq test kitabçaları 12 variantda hazırlanıb.

Hər bir fənn üzrə sualların 20 faizdən 50 faizə qədərinə düzgün cavab verən şagird "3", 50 faizdən 80 faizə qədərinə düzgün cavab verən şagird "4", 80 faizdən yuxarı düzgün cavab verən şagird isə "5" ilə qiymətləndiriləcək.

TN buraxılış imtahanlarının keçirilməsinə iyunun 2-dən başlayıb. İyunun 17-də 11-ci siniflər üçün buraxılış imtahanlarının keçirilməsi yekunlaşıb.

Şagirdlərin attestata yazılacaq yekun qiyməti şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, X və XI siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq. Şəhadətnaməyə yazılacaq yekun qiymət şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, VIII və IX siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında müəyyənləşəcək.

Xəbər lenti

Xəbər lenti