...

Azərbaycanda tibb müəssisələri barədə elektron məlumat soraqçası yaradılıb

Cəmiyyət Materials 30 Aprel 2012 14:01 (UTC +04:00)
Azərbaycanda tibb müəssisələri barədə elektron məlumat soraqçası yaradılıb.
Azərbaycanda tibb müəssisələri barədə elektron məlumat soraqçası yaradılıb

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda tibb müəssisələri barədə elektron məlumat soraqçası yaradılıb. Bu barədə bazar ertəsi Trend-ə Səhiyyə Nazirliyindən məlumat veriblər.

Nazirlikdən bildirilib ki, vətəndaşlar bu xidmət vasitəsilə respublikadakı tibb müəssisələri haqqında ətraflı məlumatı (ünvan, telefon, profil, iş rejimi və s.) elektron şəkildə tez bir zamanda ala bilərlər. Elektron xidmətdən istifadə ödənişsizdir.

Bu yeni elektron xidmət nazirliyin http://e-sehiyye.gov.az/tibbmuessiseleri saytında yerləşdirilib. Xidmət istifadəçilər üçün daim açıqdır, onun istifadəsi ilə bağlı heç bir məhdudiyyət yoxdur.

Xəbər lenti

Xəbər lenti