...

“Erməni soyqırımı: mif və gerçəklik” kitabının təqdimatı olub (FOTO)

Cəmiyyət Materials 17 Noyabr 2012 13:59 (UTC +04:00)
Noyabrın 17-də "Erməni soyqırımı: mif və gerçəklik" kitabının təqdimatı olub.
“Erməni soyqırımı: mif və gerçəklik” kitabının təqdimatı olub (FOTO)

Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir E.Mehdiyev/

Noyabrın 17-də "Erməni soyqırımı: mif və gerçəklik" kitabının təqdimatı olub.

Elmi redaktoru və məsləhətçisi Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, ideya müəllifi Milli Məclisin deputatı Adil Əliyev olan kitabda erməni təşkilatlarının Azərbaycanda törətdiyi terror aktlarından bəhs edilib.

Trend-in məlumatına görə, tədbirdə Milli Məclisin deputatları, dövlət orqanları və mətbuat nümayəndələri, o cümlədən ziyalılar, elm və mədəniyyət adamları iştirak ediblər.

Kitabın ideya müəllifi Adil Əliyev bu cür nəşrlərin əhəmiyyətini xüsusi vurğulayıb.

Onun sözlərinə görə, kitabda Osmanlı imperiyasında "erməni soyqırımı" haqqında mif faktlar, sənədlər, ABŞ konqresinin stenoqramları, tarixçilərin və digərlərinin məqalələri əsasında ifşa edilir.

Nəşrdə ilk növbədə erməni terrorizmi, onun əsası, dünyanın müxtəlif ölkələrində hər növ təşkilat və narkotik ticarəti ilə əlaqəsi, agentlik şəbəkəsi və törədilən cinayətlərin xronologiyası geniş şəkildə və sənədlər əsasında nəzərdən keçirilir. İlk dəfə 1985-ci ildə ABŞ-da nəşr edilən "Erməni soyqırımı: mif və gerçəklik" kitabı üç dildə - ingilis, rus və Azərbaycan dillərində çap edilib. Kitab həm də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Milli Məclisin deputatı Mübariz Qurbanlı belə kitabların çapının artırılmasının vacibliyini vurğulayıb.

O bildirib ki, bu nəşr ermənilərin tarix boyu Azərbaycana qarşı törətdiyi bütün cinayət və terrorların dünya ictimaiyyətinə çatdırılmasında dəyərli mənbədir. Ermənilərin daim tarixi saxtalaşdırdıqlarını bir daha diqqətə çatdıran deputat kitabın bu istiqamətdə böyük tədqiqat əsəri olduğunu deyib. Nəşrdə həm də tarixi xronoloji ardıcıllıqla indiyə kimi üzə çıxmayan faktlar öz əksini tapıb.

Bu kitab qondarma "erməni qoyqırımı"nın, Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətini ifşa etməyə yönəlib. Qurbanlı ümumilikdə bu kitabın erməni yalanlarının ifşası üçün dəyərli bir tədqiqat əsəri olduğunu deyib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatları Musa Qasımlı, Aydın Mirzəzadə, Nizami Cəfərov və digərləri kitabda erməni yalanları və iftiralarının ifşası üçün konkret sənədlərə müraciət olunduğunu qeyd ediblər. Natiqlər kitabın yaradıcı heyətinə təşəkkürlərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti