...

"ASAN xidmət" mərkəzləri fevralın 1-dən onlayn xidmətlər göstərəcək (ƏLAVƏ OLUNUB) (FOTO)

Cəmiyyət Materials 14 Yanvar 2013 15:56 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 1 saylı "ASAN xidmət" mərkəzi yanvarın 15-dən etibarən vətəndaşlara xidmət göstərməyə başlayacaq.
"ASAN xidmət" mərkəzləri fevralın 1-dən onlayn xidmətlər göstərəcək (ƏLAVƏ OLUNUB) (FOTO)

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir İ.İzzət/

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 1 saylı "ASAN xidmət" mərkəzi yanvarın 15-dən etibarən vətəndaşlara xidmət göstərməyə başlayacaq.

Trend-in məlumatına görə, Dövlət Agentliyinin rəisi İnam Kərimov jurnalistlərə açıqlamasında bildirib ki, pilot layihə çərçivəsində ilkin olaraq "ASAN xidmət" mərkəzi paytaxtın Nəsimi və Nərimanov rayonlarının sakinlərinə öz xidmətlərini təqdim edəcək.

Onun sözlərinə görə, iyun ayından etibarən Gəncə və Sumqayıtda da "ASAN xidmət" mərkəzləri fəaliyyətə başlayacaq. Tədricən mərkəzlər bütün ölkə ərazisini əhatə edəcək.

Kərimov bildirib ki, fevral ayının 1-dən etibarən mərkəzlərin onlayn xidmətləri fəaliyyətə başlayacaq.

Mərkəzdə 9 dövlət orqanı tərəfindən 23 xidmət göstəriləcək.

Həmçinin, vətəndaşlar mərkəzin xidmətlərindən şəxsən, telefon və ya internet vasitəsilə ünvanladığı müraciətlər əsasında istifadə edə biləcəklər. Belə ki, vətəndaşın mərkəzə gəlmədən, internet (www.asan.gov.az saytının "Onlayn növbə" bölməsindən) və ya telefon vasitəsilə (108 - "Çağrı" mərkəzi) də növbə tutmaq imkanı olacaq. Vətəndaşları dövlət orqanlarının göstərdikləri xidmətlər və bu xidmətlər üçün tələb olunan sənədlər barədə məlumatlandırma, habelə onların şikayət və təkliflərini qəbul etmə funksiyalarını yerinə yetirəcək Agentliyin "Çağrı" mərkəzi fevralın 1-dən tam fəaliyyət göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti