...

Ombudsmanın nümayəndələri Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində olublar

Cəmiyyət Materials 8 Fevral 2013 18:10 (UTC +04:00)
Ombudsmanın işgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsinə (CÇM), 13 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinə (MTCM) və 3 saylı istintaq təcridxanasına (İT) baş çəkiblər.
Ombudsmanın nümayəndələri Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində olublar

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir İ.İzzət/

Ombudsmanın işgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsinə (CÇM), 13 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinə (MTCM) və 3 saylı istintaq təcridxanasına (İT) baş çəkiblər.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfərin məqsədi 13 saylı MTCM-də saxlanılma şəraiti və məhkumlara qarşı rəftarla bağlı vəziyyətin qiymətləndirilməsi, 15 saylı CÇM-də, eləcə də 3 saylı İT-da isə ombudsmanın ünvanına daxil olmuş müraciətlərin araşdırılmasından ibarət olub.

Başçəkmə zamanı 13 saylı MTCM-nin bütün obyektlərinə baxış keçirilib, müəssisədə aparılan yenidənqurma işi müsbət qiymətləndirilib, eyni zamanda, müəssisə rəhbərliyinə saxlanılma şəraitinin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.

Qəbul edilmiş məhkumlar saxalanılma şəraitindən və müəssisə əməkdaşarının onlarla rəftarından şikayət etməyiblər.

15 saylı CÇM-dən, eləcə də 3 saylı İT-dan daxil olmuş fərdi müraciətlər araşdırılarkən həmin məhkumların məhkəmənin barələrində çıxardığı hökmündən narazılığı nəzərə alınaraq onlara qanunvericiliyin tələbləri, həmçinin ombudsmanın bu məsələlərlə bağlı səlahiyyətləri izah edilib, onların hər birinə müraciətləri üzrə müvafiq hüquqi məsləhətlər verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti