...

"AzerNews" qəzetinin növbəti nəşri çapdan çıxıb

Cəmiyyət Materials 13 Fevral 2013 09:47 (UTC +04:00)
Fevralın 13-də "AZERNEWS" onlayn qəzetinin növbəti nəşri çapdan çıxıb.
"AzerNews" qəzetinin növbəti nəşri çapdan çıxıb

Azərbaycan, Bakı, 13 fevral /Trend/

Fevralın 13-də "AZERNEWS" onlayn qəzetinin növbəti nəşri çapdan çıxıb.

Qəzetin bu sayında Azərbaycanın ilk "Azərspace-1" telekommunikasiya peykinin uğurla orbitə buraxılması, Azərbaycanda qeyri-neft sektorunun artan dominant rolu, Qazaxıstan və Özbəkistanın NATO üzvləri ilə yaxınlaşması, eləcə də dünya muzeylərində qorunan nadir Azərbaycan incəsənət nümunələri haqqında oxuya, həmçinin AZERNEWS qəzetinin həftəlik köşə yazarı Skot Fenvikdən orqanizmi sağlam və formada saxlamaq üçün meyvə və tərəvəzlərin müsbət təsiri barədə maraqlı məlumatlar əldə edə bilərsiniz.

"AZERNEWS" Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvüdür.

Onlayn qəzeti oxumaq üçün www.azernews.az ünvanına keçə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti