...

Milli Qəhrəmanın anası vəfat edib

Cəmiyyət Materials 13 Mart 2013 17:23 (UTC +04:00)
Azərbaycan Respublikasının ilk Milli Qəhrəmanlarından birinin anası vəfat edib.

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir İ.İzzət/

Azərbaycan Respublikasının ilk Milli Qəhrəmanlarından birinin anası vəfat edib.

Trend xəbər verir ki, Azərbaycan Respublikasının ilk Milli Qəhrəmanlarından biri Riad Əhmədovun anası Bahar Əhmədova vəfat edib.

Qeyd edək ki, Əhmədov Riad Fikrət oğlu 1956-cı ildə Bakı şəhərində anadan olub. 1981-ci ildən dövlət təhlükəsizlik orqanlarında xidmət edib. Müstəqil Azərbaycan Respublikasının Ermənistan tərəfindən tacavüzə məruz qaldığı illərdə Riad Əhmədov da digər vətənpərvərlər kimi ilk könüllülərin ön cərgəsində durub. Dəfələrlə hərbi əməliyyatlarda iştirak edib, yaralanıb.

1992-ci il yanvar ayının 25-də polkovnik-leytenant Riad Əhmədov Qarabağda Vətən uğrunda hərbi döyüşlər zamanı Daşaltıda keçirilən əməliyyat vaxtı itkin düşüb. 1992-ci ildə Əhmədov Riad Fikrət oğluna Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti