...

İran Yeni ili qeyd edir

Cəmiyyət Materials 21 Mart 2013 12:44 (UTC +04:00)
İran əhalisi baharın gəlişi ilə gecə və gündüzün bərabərləşməsi qədim adətinin qeyd edilməsindən sonra 13 gün davam edən Yeni ili təntənə ilə keçirməyə başlayıb.
İran Yeni ili qeyd edir

Azərbaycan, Bakı, 21 mart /Trend, müxbir A.Bədəlova/

İran əhalisi baharın gəlişi ilə gecə və gündüzün bərabərləşməsi qədim adətinin qeyd edilməsindən sonra 13 gün davam edən Yeni ili təntənə ilə keçirməyə başlayıb. Bu barədə Trend cümə axşamı "Fars" agentliyinə istinadən məlumat verir.

İranın ali dini lidieri Ayətullah Əli Xamneyi İran təqviminə görə Yeni il münasibətilə telemüraciətlə çıxış edib. O, yaxşı gələcək arzulayaraq təbriklərini çatdırıb, həmçinin Qərbin ünvanına kəskin çıxış edib.

Onun sözlərinə görə, həyatda yüksəlişlər və enişlər olur, lakin sonuncunun az olması əhəmiyyətlidir.

Xamneyi, həmçinin qeyd edib ki, ötən il İranın düşmənləri ilə olan münaqişələrlə yadda qalıb və bu düşmənlər ölkənin siyasi və iqtisadi sistemini hədəfə alıblar. Onlar siyasi sanksiyalar yolu ilə ölkənin inkişafına mane olmağa cəhd göstərirlər.

Ali dini lider həmvətənlərini daha çox işləməyə və sərmayə yatırmağa çağırıb. Xamneyi onları inadla nikbin olmağa səsləyib.

İranda iyun ayında keçiriləcək prezident seçkilərinə toxunan Xamneyi deyib ki, növbəti 4 il ərzində ölkə üçün "yol xəritəsi" hazırlayırlar.

Xamneyi ölkədə və dünyanın müxtəlif bölgələrində yaşayan iranlıları, həmçinin Novruz bayramını qeyd edən digər xalqları təbrik edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti