...

Azərbaycanda televiziya jurnalistləri üçün yeni praktik vəsait çap olunub

Cəmiyyət Materials 1 Aprel 2013 14:48 (UTC +04:00)
Azərbaycanda televiziya jurnalistləri üçün yeni praktik vəsait çap olunub.
Azərbaycanda televiziya jurnalistləri üçün yeni praktik vəsait çap olunub

Azərbaycan, Bakı, 1 aprel / Trend müxbir M.Əliyev/

"Lider" televiziya kanalının İdman departamentinin rəhbəri Rövşən Raqifoğlunun "Lider jurnalist" kitabının bazar ertəsi təqdimatı keçirilib.

Trend-in məlumatına görə, "Lider" Media Holdinqinin rəhbəri Ədalət Əliyevin ideya müəllifliyi ilə çap olunan kitabdan jurnalistlər praktik vəsait kimi istifadə edə bilərlər.

Rövşən Raqifoğlu təqdimat mərasimində bildirib ki, kitab müasir televiziya jurnalistikasının sirlərini, yaradıcılıq prinsiplərini öyrənmək həvəsində olan gənc jurnalistlər və ali təhsil məktəblərinin tələbələri üçün nəzərdə tutulub.

Onun sözlərinə görə, kitabda xüsusən xəbər sahəsində çalışan reportyor və operator işinin xüsusiyyətləri, televiziyada fəaliyyət göstərən peşələr, müasir tələblərə cavab verən xəbərçilik prinsipləri, həmçinin müsahibə almağın texnologiyaları, televiziya planları, eləcə də televiziya jurnalistikasının terminləri barədə ətraflı məlumat verilib.

Müəllif qeyd edib ki, kitabın hazırlanması zamanı Rusiyanın "ORT" telekanalının prodüseri Oleq Ptaşkin və "NTV" telekanalının rejissoru Aleksey Ponkratovun "Lider" TV-də keçdiyi praktik kursların materiallarından istifadə olunub.

Sadə dildə yazılan kitab özlüyündə mürəkkəb görünən televiziya yaradıcılığını anlaşıqlı şəkildə oxuculara izah edir, ümumi prinsiplərin praktikada uğurlu tətbiqinə kömək edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti