...

Azərbaycanın təhsil naziri şagirdlərin itkin düşməsinə münasibət bildirib

Cəmiyyət Materials 18 Aprel 2013 15:54 (UTC +04:00)
Azərbaycanın təhsil naziri Misir Mərdanov son günlər bir neçə məktəblinin itkin düşməsi faktına münasibət bildirib.
Azərbaycanın təhsil naziri şagirdlərin itkin düşməsinə münasibət bildirib

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın təhsil naziri Misir Mərdanov son günlər bir neçə məktəblinin itkin düşməsi faktına münasibət bildirib. Trend-in məlumatına görə, Misir Mərdanov cümə axşamı jurnalistlərə müsahibəsində belə hallara görə təəssüfləndiyini deyib.

"Belə hallara münasibətim çox mənfidir. Çox təəssüf edirəm ki, belə hallar var. Əvvəlki illərdə də belə hallar olub. Əksər hallarda da onlar sonradan sağ-salamat tapılaraq öz evlərinə qaytarılıblar. İnanıram və arzu edirəm ki, bu dəfə də uşaqlar sağ-salamat öz evlərinə qayıdacaqlar", - nazir əlavə edib.

Şagirdlərin itkin düşməsinin səbəblərinin müxtəlif ola bildiyini deyən Mərdanovun sözlərinə görə, uşaqlıq və gənclik yaşlarında belə hallar olur.

O, hər bir kəsin belə halların olmaması üçün çalışmalı olduğunu da söyləyib.

Nazirin fikrinə, bu məsələdə əsas məsuliyyət valideynlərin üzərinə düşür: "İkinci məsuliyyət isə əlbəttə ki, məktəbin və müəllimindir", - Mərdanov əlavə edib.

Qeyd edək, son günlərdə Azərbacanda bir neçə məktəblinin itkin düşməsi faktı qeydə alınıb. Bir neçə gün bundan əvvəl Bakıda məktəbə getmək adı ilə evdən çıxan 3 şagird itkin düşüb. Onlardan 2-si tapılsa da, birinin axtarışları hələ də davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti