...

Azərbaycanda elmi işçilərin sosial müdafiəsi gücləndiriləcək

Cəmiyyət Materials 29 Aprel 2013 16:59 (UTC +04:00)
Milli Məclisdən bazar ertəsi Trend-ə bildirilib ki, yeni hazırlanan "Elm haqqında" qanun layihəsinə görə, AMEA-nın akademiklərinə və müxbir üzvlərinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan məbləğdə vəzifə maaşına əlavələr verilir.
Azərbaycanda elmi işçilərin sosial müdafiəsi gücləndiriləcək

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda elmi işçilərin sosial müdafiəsi gücləndiriləcək.

Milli Məclisdən bazar ertəsi Trend-ə bildirilib ki, yeni hazırlanan "Elm haqqında" qanun layihəsinə görə, AMEA-nın akademiklərinə və müxbir üzvlərinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan məbləğdə vəzifə maaşına əlavələr verilir.

Elmi və elmi-pedaqoji fəaliyyətlə məşğul olmasından asılı olmayaraq, fəlsəfə və elmlər doktorlarına elmi dərəcəyə görə əlavələr müvafiq olaraq minimum əməkhaqqının 3 və 5 misli həcmindən az olmayaraq, sonrakı artımlar nəzərə alınmaqla ödənilir. AMEA-nın həqiqi və müxbir üzvlərinə yaşa görə əmək pensiyasının məbləği orta aylıq əməkhaqqının 80 faizi miqdarında, orta aylıq əməkhaqqındakı sonrakı artımlar nəzərə alınmaqla təyin edilir.

AMEA-nın həqiqi və müxbir üzvü vəfat etdikdə onların ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinə AMEA üzvlərinin orta aylıq əməkhaqqısının 80 faizi məbləğində pensiya müəyyən edilir.

25 il (qadınlar 20 il) və daha çox elmi fəaliyyətlə məşğul olan elmi işçilərə görə əmək pensiyası orta aylıq əməkhaqqının 80 faizi miqdarında, orta aylıq əməkhaqqındakı sonrakı artımlar nəzərə alınmaqla təyin edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti