...

Azərbaycanda rəqəmsal yayıma keçmək istəyənlərin nəzərinə

Cəmiyyət Materials 3 May 2013 10:55 (UTC +04:00)
Bu ilin sonunda Azərbaycanda analoq yayım tam dayandırılacaq. Bu barədə Trend-ə Milli Televizya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.
Azərbaycanda rəqəmsal yayıma keçmək istəyənlərin nəzərinə

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir E.Mehdiyev/

Bu ilin sonunda Azərbaycanda analoq yayım tam dayandırılacaq. Bu barədə Trend-ə Milli Televizya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

"Bu, birmənalıdır. Çünki Nazirlər Kabinetinin 2012-2013-cü illərdə rəqəmsal sayıma keçidin yekunlaşması barədə qərarı var", - Məhərrəmli bildirib.

Məhərrəmlinin sözlərinə görə, dekoderlər Azərbaycanda istehsal olunacaq.

"Mənim bildiyimə görə, Müdafiə Sənayesi Nazirliyinin "Peyk" zavodu artıq işlərə başlayıb, artıq min ədəd dekoder istehsal edilib və sonrakı mərhələdə istehsal sayı artırılacaq", - MTRŞ sədri deyib.

Məhərrəmli bildirib ki, aztəminatlı ailələrə pulsuz dekoderlərin verilməsi məsələsi yaxın vaxtlarda öz həllini tapa bilər.

"Bu məsələ gündəmdədir, ola bilsin ki, yaxın vaxtlarda öz həllini tapacaq", - Məhərrəmli deyib.

Dekoderlərin hansı ailələrə verilməsi məsələsinə toxunan Məhərrəmli qeyd edib ki, bu məsələni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəyyən edir.

"Həmin məsələni biz müəyyənləşdirmirik, kimlərə sosial yardım lazım olduğunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəyyənləşdirir. Yəni maddi vəziyyəti yaxşı olmayan ailələrə sosial yardım ayrılırsa, deməli onların vəziyyəti yaxşı deyil və pulsuz dekoderlər həmin ailələr üçün nəzərdə tutulur. Onların sayı təqribən 100-120 min arasıdır", - Məhərrəmli deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti