...

Elçin Babayev:“Elm haqqında” qanun layihəsində elmi qrantların vergi və rüsumlardan azad edilməsi məsələsi də öz əksini tapmalıdır

Cəmiyyət Materials 16 May 2013 12:17 (UTC +04:00)
Yeni hazırlanan “Elm haqqında” qanun layihəsində elm sahəsi üzrə verilən qrantların vergi və rüsumlardan azad edilməsi məsələsi də öz əksini tapmalıdır. Trend-in məlumatına görə, bunu cümə axşamı Azərbaycan Respublkasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) icraçı direktoru Elçin Babayev deyib/
Elçin Babayev:“Elm haqqında” qanun layihəsində elmi qrantların vergi və rüsumlardan azad edilməsi məsələsi də öz əksini tapmalıdır

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir I.Isabalayeva/

Yeni hazırlanan "Elm haqqında" qanun layihəsində elm sahəsi üzrə verilən qrantların vergi və rüsumlardan azad edilməsi məsələsi də öz əksini tapmalıdır. Trend-in məlumatına görə, bunu cümə axşamı Azərbaycan Respublkasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) icraçı direktoru Elçin Babayev deyib:

"Artıq bununla bağlı təklifimizi təqdim etmişik. Hətta qanunda öz əksini tapmasa belə, müxtəlif dövlət qurumları səviyyəsində bu məsələnin həllinə nail olmaq lazımdır. Çünki dünya praktikasına əsasən, elm üzrə qrantlar vergilərin əksəriyyətindən azad olunur. Hətta qonşu Rusiyada da belə praktika tətbiq olunur".

E.Babayev "Elm haqqında" qanun layihəsinə müəyyən müddət ərzində və 5 ildən çox olmamaqla sanballı elmi nəticələr əldə etməyən, səmərəsiz fəaliyyət göstərən və ya müflis elan edilən dövlət elmi müəssisələrin özəlləşdirilməyə açıq elan edilə bilməsi ilə bağlı məsələnin daxil edilməsinə də müsbət yanaşdığını söyləyib.

O qeyd edib ki, müəyyən elm müəssisələrinin özəlləşdirilməsi elmi nəticələrin kommersiyalaşdırılması, onların gəlir gətirməsi üçün addım ola bilər.

E.Babayevin fikrincə, elmi müəssisələrin özəlləşdirilməsi məsələsinin reallaşmasını da tədricən gerçəkləşdirmək olar. Bunun üçün prosesin ikin nəticələrini nəzərə almaq lazımdır. Ondan sonra ümumi şəkildə dünya praktikasında istifadə olunan məsələlərin tətbiqinə keçmək olar.

Qanun layihəsində öz əksini tapmış digər məsələyə- elmi müəssisə və təşkilatların elmi fəaliyyətlə məşğul olması üçün lisenziya almasına gəldikdə, E.Babayev qeyd edib ki, bu məsələ hüquqi aspektlər üzərində həll olunmalıdır.

"Bundan sonra isə müəyyən fikir söyləmək olar. Bu cür qanunlar və konsepsiyalar hazırlanarkən dünya praktikasından istifadə olunur. Hesab edirəm ki, "Elm haqqında" qanun layihıssindəki müəyyən bəndlər elm sahəsndə vəziyyəti kökündən dəyişməyə qadir ola bilər".

Fondun icraçı direktoru bildirib ki, qanun layihəsinə əsasən, dövlət büdcəsindən maliyyələşən təşkilatlar istisna olmaqla, digər təşkilatlar öz gəlirlərinin bir faizini Elmin İnkişafı Fondunun hesabına keçirməklə elmin inkişafının dəstəklənməsi üçün maliyyə vəsaitinin artmasına kömək edə bilərlər.

Fond rəsmisi hesab edir ki, ümumilikdə "Elm haqqında" qanun layihəsinin qəbulu elm sahəsi üçün çox müsbət dəyişikliklərə gətirib çıxarmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti