...

Azərbaycanda ötən illərdə attestat ala bilməyən məzunlara da gələcəkdə attestatlar verilə bilər

Cəmiyyət Materials 31 May 2013 11:46 (UTC +04:00)
Azərbaycanda ötən illərdə attestat ala bilməyən orta məktəb məzunlarına da attestatların verilməsi məsələsi gələcəkdə öz həllini tapa bilər.
Azərbaycanda ötən illərdə attestat ala bilməyən məzunlara da gələcəkdə attestatlar verilə bilər

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda ötən illərdə attestat ala bilməyən orta məktəb məzunlarına da attestatların verilməsi məsələsi gələcəkdə öz həllini tapa bilər.

Trend-in məlumatına görə, Azərbaycanın təhsil naziri Mikayil Cabbarov jurnalistlərə deyib ki, gələn tədris ilində bu məsələnin Azərbaycan Prezidentinin həyata keçirdiyi sosial siyasət çərçivəsində öz həllini tapması üçün müvafiq qurumlarla birgə iş aparılacaq: "Bütün məzunlara attestatların verilməsi ilə bağlı qərar bu tədris ilinin sonunda verilib. Ona görə bir neçə gün ərzində onun texniki nöqteyi-nəzərdən icrası demək olar ki, qeyri-mümkündür.

Hesab edirəm ki, gələn tədris ilində biz müvafiq dövlət qurumları ilə birlikdə çalışaraq bu məsələnin həlli üçün hər bir şey edəcəyik".

Nazir qeyd edib ki, hazırda müəllimlərin əməkhaqqının artırılması prinsipləri araşdırılır. Onun sözlərinə görə, əməkhaqqının artırılmasının tədrisin keyfiyyəti və bir sıra digər amillərlə əlaqəsi var.

M.Cabbarovun fikrincə, bu məsələyə gözübağlı yanaşma bir az tələsik və qeyri-peşəkar olardı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti