...

Putin Tahir Salahova RF-nin Dövlət mükafatını təqdim edib

Cəmiyyət Materials 12 İyun 2013 15:03 (UTC +04:00)
Bu gün Rusiya Prezidenti Vladimir Putin Kremldə tanınmış azərbaycanlı rəssam Tahir Salahova Putin Rusiya Federasiyasının (RF) "Təsviri incəsənətin inkişafında töhfəyə görə" Dövlət mükafatını təqdim edib.
Putin Tahir Salahova RF-nin Dövlət mükafatını təqdim edib

Azərbaycan, Bakı, 12 iyun /Trend/

Bu gün Rusiya Prezidenti Vladimir Putin Kremldə tanınmış azərbaycanlı rəssam Tahir Salahova Rusiya Federasiyasının (RF) "Təsviri incəsənətin inkişafında töhfəyə görə" Dövlət mükafatını təqdim edib. Bu barədə Trend çərşənbə günü "Rossiya 24" telekanalına istinadən məlumat verir.

Bu il 10 görkəmli alim və konstruktor, həmçinin 4 mədəniyyət xadimi əsas Dövlət mükafatına layiq görülüb. Təqdimat mərasimi ənənəvi olaraq Rusiya Günündə Böyük Kreml sarayının Georgiyev zalında baş tutub.

Putin qeyd edib ki, Rusiyanın xalq rəssamı Tahir Salahovun yaradıcılığı gələcək nəsillər üçün əhəməyyət kəsb edəcək: "Onun əsərləri ölkəmizin bəzi dövlərini əks etdirir. Rəssamlar hadisələr, insanlar və yaşadıqları barədə başa düşülən dildə danışırlar".

RF-nin dövlət mükafatı cəmiyyət və dövlət qarşısında elm və mədəniyyət xadimlərinin fəaliyyətinin ən yüksək səviyyədə tanınmasıdır. Mükafatlar Rusiya vətəndaşlarına təqdim edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti