...

Azərbaycandakı notariat kontorlarının təxminən 36 faizi xüsusi kontorlardır

Cəmiyyət Materials 28 İyun 2013 13:40 (UTC +04:00)
Hazırda Azərbaycanda 155 notariat kontoru fəaliyyət göstərir. Onların təxminən 36 faizini xüsusi notariat kontorları təşkil edir.
Azərbaycandakı notariat kontorlarının təxminən 36 faizi xüsusi kontorlardır

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir İ.İzzət/

Hazırda Azərbaycanda 155 notariat kontoru fəaliyyət göstərir. Onların təxminən 36 faizini xüsusi notariat kontorları təşkil edir.

Bu barədə Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin Notariat İdarəsinin rəisi Mehman Soltanov bildirib.

İdarə rəisinin sözlərinə görə, kontorlardan 99-u dövlət notariat kontorudur. Onlardan 22-i Bakıda, 66-sı regionlarda yerləşir. Dövlət notariat kontorlarında fəaliyyət göstərən notariusların sayı 93 nəfərdir. Onlardan 26 nəfəri Bakıda, 67 nəfəri regionlarda işləyir.

Soltanov qeyd edib ki, ölkədə 56 xüsusi notariat kontoru var. Onlardan 35-i Bakıda, 21-i regionlarda yerləşir. Həmin kontorlarda 69 notarius fəaliyyət göstərir. Onlardan 46 nəfəri Bakıda, 23 nəfəri isə regionlarda işləyir.

Ümumən Azərbaycanda notarius fəaliyyəti ilə 173 nəfər məşğuldur. Onlardan 104 nəfəri dövlət, 69 nəfəri xüsusi notariat kontorlarında fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti