...

Avqustun sonuna kimi daha iki “ASAN xidmət” mərkəzi açılacaq

Cəmiyyət Materials 12 İyul 2013 11:44 (UTC +04:00)
Avqust ayının sonuna kimi daha iki “ASAN xidmət” mərkəzi açılması planlaşdırılır.
Avqustun sonuna kimi daha iki “ASAN xidmət” mərkəzi açılacaq

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir E.Əliyev/

Avqust ayının sonuna kimi daha iki "ASAN xidmət" mərkəzinin açılması planlaşdırılır. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bildirib.

Kərimov bildirib ki, mərkəzlərdən biri Bakı şəhərinin Yasamal rayonunda, digəri isə Gəncə şəhərində açılacaq: "Bununla da bu mərkəzlər tərəfindən təqdim olunan üstünlüklərdən daha çox vətəndaşlar istifadə edəcək".

Kərimov əlavə edib ki, vətəndaşlar 9 dövlət orqanının təqdim etdiyi 25 xidmətdən yararlana biləcək.

Hazırda üç "ASAN xidmət" mərkəzi - ikisi Bakıda, biri isə Sumqayıtda fəaliyyətdə göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti