...

İnam Kərimov: İlin sonuna kimi Azərbaycanın bütün ərazisi “ASAN xidmət” mərkəzlərinin xidmətləri ilə əhatə olunacaq

Cəmiyyət Materials 12 İyul 2013 12:43 (UTC +04:00)
İlin sonuna kimi “ASAN xidmət” mərkəzlərinin stasionar və səyyar xidmətlərindən bütün Azərbaycan vətəndaşları istifadə edə biləcək.
İnam Kərimov: İlin sonuna kimi Azərbaycanın bütün ərazisi “ASAN xidmət” mərkəzlərinin xidmətləri ilə əhatə olunacaq

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir E.Əliyev/

İlin sonuna kimi "ASAN xidmət" mərkəzlərinin stasionar və səyyar xidmətlərindən bütün Azərbaycan vətəndaşları istifadə edə biləcək. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bildirib.

Kərimovun sözlərinə görə, son altı ay ərzində Bakı və Sumqayıtda fəaliyyət göstərən mərkəzlərdən 250 mindən artıq vətəndaş istifadə edib. Müəyyən səbəblərdən hələ ki, olmayan və ya belə mərkəzləri açmaq mümkün olmadığı regionlarda ən qabaqcıl texnologiyalarla təchiz olunan "ASAN xidmət"in səyyar avtobusları fəaliyyət göstərir. Onların olduğu 6 rayonda səyyar xidmətdən artıq 16 mindən çox insan istifadə edib.

Qeyd edək ki, ölkə başçısının tapşırığı əsasında xidmətlərin göstərilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş xüsusi avtobuslar artıq iyun ayından etibarən səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməyə başlayıb

Kərimovun sözlərinə görə, əhali yeni formatda təqdim olunan xidmətlərdən aktiv şəkildə istifadə edir və onlardan razıdır: "Biz son dərəcə müsbət reaksiya görürük. Qeyd etmək istəyirəm ki, biz müntəzəm olaraq təqdim olunan xidmətlərin təkmilləşdirilməsində və keyfiyyətinin yaxşılaşdırılması, o cümlədən hazırda şimal və cənub istiqamətlərdə işləyən səyyar mərkəzləri fəaliyyətinin inkişaf etdirilməsi üzərində işlər aparırıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti