...

Bu il Azərbaycanda oğurlanmış avtomobillərdən 35-i hələ də tapılmayıb

Cəmiyyət Materials 29 İyul 2013 17:36 (UTC +04:00)
2013-cü ilin birinci yarısı ərzində Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) 138 nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə məlumat daxil olub ki, onlardan 103-ü tapılıb.
Bu il Azərbaycanda oğurlanmış avtomobillərdən 35-i hələ də tapılmayıb

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir İ.İzzət/

2013-cü ilin birinci yarısı ərzində Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) 138 nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə məlumat daxil olub ki, onlardan 103-ü tapılıb. Bu barədə Trend-ə İdarənin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

BDYPİ-nin qeydiyyat-imtahan hissələrində avtonəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri zamanı məlumat bazası ilə axtarışda olan 11 şəxs və 36 avtomobil saxlanılıb.

Bundan əlavə, aqreqat nömrələrinin qeydiyyat sənədləri ilə uyğunsuzluğu üzrə 158 fakt müəyyən edilib. 16 halda isə saxta sənəd aşkar olunub.

Göstərilən faktlar üzrə materiallar araşdırılması üçün təhqiqat orqanlarına göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti