...

Gənclər Təşkilatları Milli Şurası Avropa Şurası ilə birlikdə Bakıda beynəlxalq forum keçirəcək

Cəmiyyət Materials 23 Sentyabr 2013 16:29 (UTC +04:00)
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Avropa Şurası ilə birlikdə Bakıda beynəlxalq forum keçirəcək.
Gənclər Təşkilatları Milli Şurası Avropa Şurası ilə birlikdə Bakıda beynəlxalq forum keçirəcək

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir İ.İzzət/

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Avropa Şurası ilə birlikdə Bakıda beynəlxalq forum keçirəcək.

ARGTMŞ-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Avropa Şurası ilə birlikdə "Nifrət Nitqinə Yox Hərəkatı" ("No Hate Speech Movement") adlı beynəlxalq forum keçiriləcək. Forum Avropa Şurasının "No Hate Speech Movement" kampaniyası çərçivəsində 26-29 sentyabr 2013-cü il tarixlərində Bakıda təşkil olunacaq.

Forumun əsas məqsədi Azərbaycanda "Nifrət Nitqinə Yox Hərəkatı" kampaniyasının uğurla həyata keçirilməsini və inkişafını dəstəkləmək, Avropa Şurası və Azərbaycan arasında, eyni zamanda, Avropa ölkələrinin milli koordinatorları arasında əməkdaşlığı gücləndirməkdir. Bu məqsədlə forumda Avropa Şurasından ekspertlər və proqramın milli koordinatorları iştirak edəcəklər.

Forum zamanı ekspertlərin və milli koordinatorların iştirakı ilə panel görüşləri və qrup işlərinin həyata keçirilməsi planlaşdırılır. Forumun yekununda keçirilən görüşlərin nəticələrinin müzakirə edilməsi, gələcək fəaliyyətlə bağlı fikir mübadiləsi və ölkələr arasında təcrübə mübadiləsinin aparılması nəzərdə tutulub.

Qeyd edək ki, "No Hate Speech Movement" - "Nifrət Nitqinə Yox Hərəkatı" kampaniyası Avropa Şurası tərəfindən gənclər sektorunda 2012-2014-cü illər üzrə prioritet təşəbbüs kimi reallaşdırılmağa başlanıb. Azərbaycan isə ARGTMŞ-nin təmsilçiliyi ilə 2013-cü ilin aprel ayından etibarən Avropa Şurasının "No Hate Speech Movement" - "Nifrət Nitqinə Yox Hərəkatı"na qoşulub və bu çərçivədə bir sıra fəaliyyətlər həyata keçirib. Bunların sırasına Beynəlxalq Gənclər Gününə həsr edilən Gənclər Həftəsi, "No Hate Speech Movement" - "Nifrət Nitqinə Yox Hərəkatı" fotosərgisi və bir sıra müxtəlif tədbirlər aiddir.

Xatırladaq ki, ARGTMŞ 2013-cü ilin aprel ayından etibarən Avropa Şurasının Gənclər üzrə Məşvərət Şurasının üzvü seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti