...

İran Azərbaycan Tibb Univeresitetinin diplomlarının tanınması məsələsini araşdırır

Cəmiyyət Materials 25 Sentyabr 2013 14:14 (UTC +04:00)
İran Azərbaycan Tibb Univeresitetinin diplomlarının tanınması məsələsini araşdırır.
İran Azərbaycan Tibb Univeresitetinin diplomlarının tanınması məsələsini araşdırır

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir T.Cəfərov/

İran Azərbaycan Tibb Univeresitetinin diplomlarının tanınması məsələsini araşdırır. Bunu Azərbaycanda səfərdə olan İran nümayəndə heyətinin başçısı, İran İslam Respublikası İslam Şurası Məclisinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Cavad Cahangirzadə keçirdiyi mətbuat konfransında deyib.

Cahangirzadə deyib ki, diplomların tanınması ilə bağlı İrandakı universitetlərdə problemlər yaşanır, çünki universitetlərin diplomlarının tanınması çox uzun bir prosedurdan keçir: "Hazırda İran Azərbaycanın bəzi universitetlərinin diplomlarını tanıyır. Qalan digər universitetlər, o cümlədən Tibb Universitetinin diplomunun tanınması məsələsi də araşdırılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti