...

Azərbaycanın Almaniyadakı səfirliyi öz işini bərpa edib

Cəmiyyət Materials 3 Oktyabr 2013 13:28 (UTC +04:00)
Ötən gün diplomatik missiyanın binası yaxınlığında bombanın olması ilə bağlı məlumatdan sonra fəaliyyətini dayandıran Azərbaycanın Almaniyadakı səfirliyi bu gün öz işini bərpa edib.
Azərbaycanın Almaniyadakı səfirliyi öz işini bərpa edib

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir S.Ağayeva/

Ötən gün diplomatik missiyanın binasının yaxınlığında bombanın olması ilə bağlı məlumatdan sonra fəaliyyətini dayandıran Azərbaycanın Almaniyadakı səfirliyi bu gün öz işini bərpa edib. Bu barədə Trend-ə səfirlikdən bildirilib.

Daha əvvəl Almaniya mətbuatı xəbər yayıb ki, Berlində yerləşən səfirliyin yaxınlığında ötən gün 500 kiloqram həcmində aviasiya bombası aşkarlanıb.

Bu məlumatın yayılmasından sonra Azərbaycanın diplomatik missiyasının bütün heyəti, həmçinin yaxınlıqda yerləşən evlərdən 3600 adam da təxliyyə olunub.

Hadisə yerində işləyən mütəxəssislərin fikrincə, binanın yaxınlığında aşkarlanan bomba İkinci Dünya müharibəsi dövrünə aiddir. Bomba zərərsizləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti