...

BMT-nin baş katibi: Bir sıra ölkələrdə qız uşaqlarının inkişafı üçün lazımi şərait yaradılmayıb

Cəmiyyət Materials 11 Oktyabr 2013 11:47 (UTC +04:00)
Bir sıra ölkələrdə cinsi ayrı-seçkilik salaraq, qız uşaqlarına özlərinin inkişafı üçün lazım olan şərait hələ də yaradılmayıb.
BMT-nin baş katibi: Bir sıra ölkələrdə qız uşaqlarının inkişafı üçün lazımi şərait yaradılmayıb

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Bir sıra ölkələrdə cinsi ayrı-seçkilik salaraq, qız uşaqlarına özlərinin inkişafı üçün lazım olan şərait hələ də yaradılmayıb. Trend-in məlumatına görə, bunu BMT-nin baş katibi Pan Gi Mun 11 oktyabr- Beynəlxalq Qız Uşaqları Günü münasibəti ilə yaydığı müraciətdə bildirib.

Müraciətdə qeyd edilib ki, qız uşaqlarına səlahiyyət verilməsi, onların haqlarının təmin olunması, üzləşdikləri ayrı-seçkilik və zorakılıq hallarına qarşı mübarizə bəşəriyyətin inkişafı üçün vacibdir. Bu məqsədlərə nail olmağın ən yaxşı yollarından biri qızlara layiq olduqları təhsil imkanlarını yaratmaqdır.

Pan Gi Mun müraciətində onu da vurğulayıb ki, məktəbə getməyən qız uşaqlarının əksəriyyəti ayrı-seçkilik və zorakılıq halları ilə üzləşirlər: "Biz əhəmiyyətli nəticələri əldə etmək üçün qız uşaqlarınn təhsildəki problemlərinin həllinin yeni yollarını tapmalı və gənc insanların səsini nəzərə almalıyıq. 2015-ci ilədək Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq və həmin tarixdən sonrakı çərçivəni formalaşdırmaq üçün kampaniyamız dünya qız uşaqlarının ehtiyac və bacarıqlarını nəzərə almalıdır. Gəlin, bu Beynəlxalq Qız Uşaqları Günündə onların şəxsi inkişafının təkmilləşdirilməsi və ümumi gələcəyimizə töhfə verə bilmələri naminə təhsilə investisiya qoymaq üçün birgə çalışaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti