...

Rusiyada yaşayan azərbaycanlılar terror aktı zamanı yaralanmış həmvətənlərinə qan veriblər

Cəmiyyət Materials 22 Oktyabr 2013 13:29 (UTC +04:00)
Volqoqradda terror aktı zamanı xəsarət alan 16 yaşlı azərbaycanlı Əliyev Nail Naib oğlunun vəziyyəti ortadır. Bu barədə Trend-ə Ümumrusiya Azərbaycan Konqresinin Volqaqrad nümayəndəliyinin sədri Teymur Həsənov bildirib.
Rusiyada yaşayan azərbaycanlılar terror aktı zamanı yaralanmış həmvətənlərinə qan veriblər

Azərbaycan, Bakı, 22 oktyabr / Trend, müxbir S.Əhmədova /

Volqoqradda terror aktı zamanı xəsarət alan 16 yaşlı Rusiya vətəndaşı olan azərbaycanlı Əliyev Nail Naib oğlunun vəziyyəti orta ağırdır. Bu barədə Trend-ə Ümumrusiya Azərbaycan Konqresinin Volqaqrad nümayəndəliyinin sədri Teymur Həsənov bildirib.

T.Həsənovun sözlərinə görə, konqresin nümayəndələri və diaspor üzvləri artıq N.Əliyevə baş çəkərək onun vəziyyəti ilə maraqlanıblar. Onlar habelə yaralıya qan veriblər.

Bundan əvvəl Volqoqradda yaralıların qohumları üçün yaradılmış "qaynar xətt"in əməkdaşları Trend-ə bildiriblər ki, Nail Əliyev Rusiya Federasiyasının pasportuna malikdir və bu ölkənin vətəndaşıdır.

Qeyd edək ki, sözügedən terror aktı dünən Moskva vaxtı ilə saat 14.45-də "Lesobaza" dayanacağı yaxınlığında baş verib. Partlayış nəticəsində 6 nəfər ölüb, 28 nəfər yaralanıb.
Rusiya hüquq mühafizə orqanları sərnişin avtobusunda baş vermiş partlayışın Mahaçqala sakini Naidə Asiyalovanın törətdiyini bildirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti