...

Bakı bulvarı ərazisində Wi-Fi şəbəkəsinin işə salınma vaxtı açıqlandı

Cəmiyyət Materials 23 Oktyabr 2013 09:45 (UTC +04:00)
Bakı bulvarı ərazisində dekabrın sonuna kimi Wi-Fi şəbəkəsi işə salınacaq. Bu barədə Trend-ə Dənizkənarı Milli Park İdarəsindən bildirilib.
Bakı bulvarı ərazisində Wi-Fi şəbəkəsinin işə salınma vaxtı açıqlandı

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir H.Vəliyev/

Bakı bulvarı ərazisində dekabrın sonuna kimi Wi-Fi şəbəkəsi işə salınacaq. Bu barədə Trend-ə Dənizkənarı Milli Park İdarəsindən bildirilib.

İdarədən verilən məlumata görə, hazırda giriş nöqtələrinin qurulması üzərində işlər aparılır. Bu gün Dənizkənarı Milli Parkda quraşdırılan Wi-Fi nöqtələrinin sayı 30-u keçir. Bundan əlavə, yaxın vaxtlarda iki əsas ötürücünün işə salınması planlaşdırılır ki, bu da parkın ərazisini tamamilə əhatə etməyə imkan verəcək. İşlərin yekunlaşmasından sonra şəbəkə bir həftə ərzində sınaqdan keçiriləcək.

Simsiz giriş şəbəkəsi vasitəsilə istifadəçilər bəzi internet-resurslara (sosial şəbəkələr, bir sıra dövlət orqanlarının saytları və s.) pulsuz çıxış əldə edə biləcəklər.

Şəbəkənin bütün xidmətlərindən (videoya baxmaq, kontent yükləmək) istifadə etmək istəyənlərə isə kommersiya paketləri təqdim ediləcək. Əxlaqa zidd saytlara giriş məhdudlaşdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti