...

Türkiyəli nazir: "Marmaray" tunelinin işi cəmi səkkiz dəfə dayandırılıb

Cəmiyyət Materials 5 Noyabr 2013 12:19 (UTC +04:00)
Onun sözlərinə görə, bu, texniki nasazlıqla deyil, nəzarət işləri ilə bağlı olub.
Türkiyəli nazir: "Marmaray" tunelinin işi cəmi səkkiz dəfə dayandırılıb

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir R.Hafizoğlu/

İstismara verildikdən sonra "Marmaray" tunelinin işi cəmi səkkiz dəfə dayandırılıb. Trend-in çərşənbə axşamı "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Binəli Yıldırım bildirib.

Onun sözlərinə görə, bu, texniki nasazlıqla deyil, nəzarət işləri ilə bağlı olub.

Nazir qeyd edib ki, "Marmaray" tuneli dünya standartlarına tam cavab verir.

Türkiyənin şərq hissəsi ilə Avropa hissəsini birləşdirən "Marmaray" tuneli oktyabrın 29-da istismara verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti