...

Vüqar Səfərli: Azərbaycan hakimiyyətinin iradəsi azad sözü, media mühitini formalaşdırmaqdır

Cəmiyyət Materials 24 Noyabr 2013 20:09 (UTC +04:00)
Mətbuat nümayəndələri ilə görüşündə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər bir daha sübut etdi ki, Azərbaycan hakimiyyətinin iradəsi azad sözü, media mühitini formalaşdırmaqdır.
Vüqar Səfərli: Azərbaycan hakimiyyətinin iradəsi azad sözü, media mühitini formalaşdırmaqdır

Azərbaycan Bakı, 24 noyabr /Trend, müxbir E.Mehdiyev/

Mətbuat nümayəndələri ilə görüşündə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər bir daha sübut etdi ki, Azərbaycan hakimiyyətinin iradəsi azad sözü, media mühitini formalaşdırmaqdır. Bunu Trend-ə açıqlamasında Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib.

Onun sözlərinə görə, görüşdə Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyinin dünyaya çatdırılmasında media nümayəndələrini daha fəal olmağa çağırdı. Bildirdi ki, Azərbaycan informasiya blokadasından çıxıb və bu sahədə mübarizə davam etdirilməlidir.

V.Səfərli, həmçinin bildirib ki, Prezident görüşdə mətbuatın yayımı məsələsində yaranan problemin yaxın zamanlarda aradan qaldırılacağını vurğuladı.

V.Səfərli bildirib ki, Prezidentin son illər mediaya göstərdiyi xidmətin bariz göstəricisidir ki, iki dəfə "Jurnalistlərin dostu" seçilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ikinci dəfə "Jurnalistlərin dostu" seçilmişdir. Noyabrın 24-də bu münasibətlə tədbir keçirilib.

1997-ci ildə "RUH" Jurnalistləri Müdafiə Komitəsinin təsis etdiyi bu mükafata 2002-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyev layiq görülüb.

Komitənin bu ilin sentyabrında keçirdiyi sorğuda ölkədə ictimai fikrə təsir göstərən 30 gündəlik, 15 həftəlik, 4 bölgə qəzeti, 6 jurnal, 11 informasiya agentliyi, 12 xəbər portalı, 7 telekanal, 4 radio və 11 jurnalist təşkilatının rəyləri öyrənilib.

Sorğunun nəticələrinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 89 faiz səslə növbəti dəfə "Jurnalistlərin dostu" elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti