...

Qırğız Gənclər Təşkilatları Milli Şurasının yaradılmasında ARGTMŞ-nin təcrübəsindən istifadə ediləcək

Cəmiyyət Materials 26 Noyabr 2013 17:08 (UTC +04:00)
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri Şahin Seyidzadə 20-22 noyabr tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində Qırğızıstan-Azərbaycan II Gənclər forumunda iştirak edib.
Qırğız Gənclər Təşkilatları Milli Şurasının yaradılmasında ARGTMŞ-nin təcrübəsindən istifadə ediləcək

Azərbaycan, Bakı, 26 noyabr /Trend/

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri Şahin Seyidzadə 20-22 noyabr tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində Qırğızıstan-Azərbaycan II Gənclər forumunda iştirak edib.

Şuradan Trend-ə verilən məlumata görə, ikigünlük forumun əsas məqsədi ölkələr arasında gənclər siyasətini inkişaf etdirmək, həmçinin ölkələrin qeyri-hökumət təşkilatları və tələbə təşkilatları arasında gələcək fəaliyyət istiqamətləri və ortaq layihələri müzakirə etmək olub.

Forumda Azərbaycan gənclər və idman Nazirinin müavini İntiqam Babayev, Qırğızıstanın gənclər və turizm naziri Aliasbek Alimkulov, Azərbaycanın Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov, Narkotiklərə dair Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev, Azərbaycan Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nürəddin Mehdiyev, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov, həmçinin bir sıra gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, forumun nəticəsi olaraq qətnamə qəbul edilib. Qəbul edilən qətnamədə ölkələr arasında gənclər siyasətinin daha da genişlənməsi, eyni zamanda, qeyri-hökumət təşkilatlarının birgə fəaliyyətləri öz əksini tapıb. Forum zamanı Qırğızıstanın gənclər təşkilatları tərəfindən Qırğız Gənclər Təşkilatları Milli Şurasının yaradılması ilə bağlı təşəbbüs irəli sürülüb və bu istiqamətdə ARGTMŞ-nin təcrübəsindən istifadə etməklə bağlı razılıq əldə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti