Azərbaycanda hava şəraiti dəyişəcək, temperatur bir neçə dərəcə enəcək

Foto: Azərbaycanda hava şəraiti dəyişəcək, temperatur bir neçə dərəcə enəcək / Cəmiyyət

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Sabah Azərbaycanda hava şəraiti dəyişəcək, temperatur bir neçə dərəcə enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, dekabrın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günün birinci yarısında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, günün ikinci yarısından hava şəraitinin dəyişəcəyi gözlənilir. Şimal-qərb küləyinin arabir güclənəcəyi, axşama doğru şiddətlənəcəyi proqnozlaşdırılır. Axşam yağıntılı olacağı, gecəyə doğru bəzi ərazilərdə yağışın sulu qarla qarışıq yağması ehtimalı var.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 6-9, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 3-də səhər havanın qərb rayonlarından başlayaraq yağıntılı olacağı, axşam sulu qara keçəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Şimal-qərb küləyinin güclənəcəyi, ayrı-ayrı rayonlarda şiddətlənəcəyi ehtimalı var.

Havanın temperaturunun Aran rayonlarında gecə 3-8, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı proqnozlaşdırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Məqalədə:
 
Ən çox oxunanlar
Xəbər lenti