...

Azərbaycan məktəblərində boş qalmış vakant yerlərə aparılmış əlavə yerləşdirmənin nəticəsi açıqlanıb

Cəmiyyət Materials 2 Dekabr 2013 18:02 (UTC +04:00)
Təhsil Nazirliyi ümumtəhsil məktəblərində boş qalmış vakant yerlərə aparılmış əlavə yerləşdirmənin nəticəsini açıqlayıb.
Azərbaycan məktəblərində boş qalmış vakant yerlərə aparılmış əlavə yerləşdirmənin nəticəsi açıqlanıb

Azərbaycan, Bakı, 2 dekabr /Trend/

Təhsil Nazirliyi ümumtəhsil məktəblərində boş qalmış vakant yerlərə aparılmış əlavə yerləşdirmənin nəticəsini açıqlayıb.

Trend nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, əlavə yerləşdirmədə 2013-2014-cü tədris ilində müəllimlərin işə qəbulu üzrə müsabiqədə keçid balı toplamış, lakin işə qəbul olunmamış şəxslər iştirak ediblər.

Qeyd edək ki, yerli təhsili idarəetmə orqanları tərəfindən Təhsil Nazirliyinə təqdim edilmiş 2162 vakansiya ilə bağlı təhlillər aparılıb və 1580 zəruri vakant yer müəyyənləşdirilib. 22-26 noyabr 2013-cü il tarixlərində həmin vakant yerlərdən elektron seçim imkanı verilib. Bu mərhələdə iştirak edən 1257 nəfərdən 307 nəfəri seçdiyi vakant yerə işə qəbul olunmaq hüququ qazanıb. 28 noyabr 2013-cü il tarixdə onlarla müsahibə keçirilib və 165 nəfərin işə qəbul edilməsi barədə qərar qəbul olunub.

Tutulmayan vakant yerlərlə bağlı Təhsil Nazirliyi yerli təhsil orqanları ilə birgə qabaqlayıcı tədbirlər görüb. Belə ki, digər məktəblərdən əvəzçilik qaydasında işləmək üçün müəllimlər dəvət edilib, çalışmanın son yaş həddinə çatmış müəllimlərlə müqavilə müddəti uzadılıb, ixtisaslı müəllimlərlə dərs ilinin sonunadək müvəqqəti müqavilələrin bağlanması təmin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti