...

Azərbaycan Pakistanda "Bazar-2013" xeyriyyəçilik sərgisində təmsil olunub (FOTO)

Cəmiyyət Materials 2 Dekabr 2013 18:22 (UTC +04:00)
Azərbaycanın Pakistandakı səfirliyi dekabrın 1-də Pakistan İslam Respublikası Xarici İşlər Nazirliyinin Qadınlar Assosiasiyası tərəfindən İslamabadda təşkil edilmiş “Bazar-2013” xeyriyyəçilik sərgisində iştirak edib.
Azərbaycan Pakistanda "Bazar-2013" xeyriyyəçilik sərgisində təmsil olunub (FOTO)

Azərbaycan, Bakı, 2 dekabr /Trend/

Azərbaycanın Pakistandakı səfirliyi dekabrın 1-də Pakistan İslam Respublikası Xarici İşlər Nazirliyinin Qadınlar Assosiasiyası tərəfindən İslamabadda təşkil edilmiş "Bazar-2013" xeyriyyəçilik sərgisində iştirak edib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, bu il İslamabadda fəaliyyət göstərən 20 xarici ölkə səfirliyinin qatıldığı "Bazar-2013" sərgisində səfirlik tərəfindən Azərbaycan mədəniyyətini təsvir edən suvenirlər - Qız Qalasının, İçərişəhərin, qədim və müasir Bakının, Şəki Xan Sarayının, Nizami məqbərəsinin, Möminə Xatun türbəsinin kiçik maketləri, Azərbaycanın siyasi, iqtisadi və sosial tərəqqisindən, habelə Azərbaycan-Pakistan dostluq və qardaşlıq münasibətlərindən bəhs edən kitablar nümayiş etdirilib.

Pakistan Baş nazirinin milli təhlükəsizlik və xarici işlər üzrə müşaviri, xarici işlər naziri vəzifəsini icra edən Sərtac Əziz, xarici işlər üzrə dövlət naziri Tariq Fatemi, xarici işlər katibi Cəlil Gilani, nazirliyin idarə rəisləri, millət vəkilləri, digər dövlət və ictimai qurumların, eləcə də Pakistan mediasının nümayəndələri sərgidə iştirak ediblər.

S.Əziz səfir D.Şikarovla görüşü zamanı Azərbaycan-Pakistan dostluq əlaqələrinin önəmini vurğulayıb, ikitərəfli siyasi əlaqələrin davamlı inkişafının əhəmiyyətini xüsusi qeyd edib. O, ölkələrimiz arasında mövcud olan qardaşlıq münasibətlərinin, ortaq mədəni dəyərlərin əhəmiyyətini qeyd edərək sərgidə fəal iştiraka görə Azərbaycan səfirliyinin kollektivinə təşəkkürünü bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti