...

Terminologiya Komissiyası: Lüğətləri ən azı 3 dil əsasında hazırlamaq lazımdır

Cəmiyyət Materials 6 Dekabr 2013 16:26 (UTC +04:00)
Azərbaycanda 2 dilli lüğətlər artıq oxucu üçün maraqsızdır, ona görə də lüğətləri ən azı 3 dil əsasında hazırlamaq lazımdır. Bunu Trend-ə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.
Terminologiya Komissiyası: Lüğətləri ən azı 3 dil əsasında hazırlamaq lazımdır

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda 2 dilli lüğətlər artıq oxucu üçün maraqsızdır, ona görə də lüğətləri ən azı 3 dil əsasında hazırlamaq lazımdır. Bunu Trend-ə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

Sovet dövründə nəşr olunan lüğətlərin əksəriyyətinin köhnəldiyini deyən komissiyanın sədr müavininin sözlərinə görə, Azərbaycanda artıq 2 dilli lüğətlər yox dərəcəsindədir: "İndi lüğətlər ən azı 3 dilli - Azərbaycan, rus və ingilis dilllərində olur. Artıq fizika lüğətimiz 6 dillidir".

S.Sadıqova bildirib ki, lüğətlər əlifba və yuva (mənalara görə sözlər birləşdirilir) prinsiplərinə görə tərtib edilir. Komissiyaya daxil olan lüğətlərin əksəriyyəti isə əlifba prinsipi ilə hazırlanır: "Yuva prinsipi ilə lüğətlərin hazırlanması və istifadəsi çətin olur. Ona görə də yuva prinsipi ilə artıq heç bir lüğət tərtib olunmur".

Komissiyanın sədr müavininin sözlərinə görə, ölkə Prezidentinin sərəncamına uyğun olaraq, terminoloji lüğətlər komissiyanın nəşr barədə qərarı olmadan çap edilə bilməz. Terminologiya Komissiyası Nazirlər Kabineti yanında fəaliyyət göstərdikdən sonra terminoloji lüğətlərin bu qurumun icazəsi olmadan çap edilməsi halları baş verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti