...

ARGTMŞ nümayəndəsi 4-cü Avropa-Ərəb Gənclər Forumunda iştirak edib (FOTO)

Cəmiyyət Materials 12 Dekabr 2013 07:56 (UTC +04:00)
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) nümayəndəsi Orxan Məmmədli 4-cü Avropa-Ərəb Gənclər Forumunda iştirak edib.
ARGTMŞ nümayəndəsi 4-cü Avropa-Ərəb Gənclər Forumunda iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 12 dekabr /Trend/

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) nümayəndəsi Orxan Məmmədli 4-cü Avropa-Ərəb Gənclər Forumunda iştirak edib. Avropa Gənclər Forumu və Ərəb Dövlətləri Liqası tərəfindən həyata keçirilən forum 8-11 dekabr 2013-cü il tarixlərində Qətərin paytaxtı Dohada reallaşıb.

Şuradan Trend-ə verilən məlumata görə, gorumun əsas məqsədi Avropa və Ərəb dövlətləri arasında əməkdaşlığın möhkəmləndirilməsi və mədəniyətlərarası dialoqda avropalı və ərəb gənclərin iştirakının təmin edilməsidir.

Forumda Azərbaycanla yanaşı, 18 Avropa və ərəb dövlətindən 65 iştirakçı çıxış edib. Tədbirdə Cənubi Qafqaz dövlətləri arasında yalnız Azərbaycan iştirak edib.

Forum zamanı iştirakçılar işçi qruplarında insaq hüquqları və gənclərin həyatı, gənclər siyasətində gənclərin iştirakı və bu səpkidə bir sıra mövzularda müzakirələr aparıblar.

4-cü Avropa-Ərəb Gənclər Forumu Yaxın Şərq regionu və onun qonşuluğunda sülh və insan hüquqları kontekstində əməkdaşlıq və dialoqun qurulması təşəbbüsü ilə başlayıb. Forumun sonunda isə iştirakçı dövlətlər arasında Doha Gənclik Bəyamnaməsi imzalanıb.

Qeyd edək ki, ARGTMŞ 2000-ci ildən Avropa Gənclər Forumunun tamhüquqlu üzvüdür. 2013-cü ilin aprel ayında isə Avropa Gənclər Forumunun Məşvərətçi Şurasının üzvü seçilib.

Xəbər lenti

Xəbər lenti