...

ADA-da ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib

Cəmiyyət Materials 12 Dekabr 2013 16:34 (UTC +04:00)
Bu gün Azərbaycan Diplomatik Akademiyasında (ADA) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi yad edilib.
ADA-da ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib

Azərbaycan, Bakı, 12 dekabr /Trend/

Bu gün Azərbaycan Diplomatik Akademiyasında (ADA) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi yad edilib.

Akademiyadan Trend-ə verilən məlumata görə, Heydər Əliyevin vəfatından 10 il keçdiyi bir gündə ADA-nın rektoru, Azərbaycan xarici işlər nazirinin müavini səfir Hafiz Paşayev Akademiyada təhsil alan tələbələrlə görüşüb və bu dahi şəxsiyyətlə bağlı şəxsi xatirələrini bölüşüb.

Heydər Əliyevin ABŞ-a səfərləri və ABŞ prezidentləri ilə keçirdiyi görüşlərdən danışan H.Paşayev onun dövlət və xalq quruculuğunda əvəzedilməz rolunu vurğulayıb:

"Heydər Əliyevin yürütdüyü xarici siyasət Azərbaycan xalqının inkişafına və işıqlı gələcəyə ümidlə baxmasına təkan oldu".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti