...

Bakıda çoxmərtəbəli binaların bir-birinə çox yaxın tikilməsinə yol verilməyəcək

Cəmiyyət Materials 9 Yanvar 2014 11:38 (UTC +04:00)
Bakıda binaların bir-birinə çox yaxın şəkildə tikilməsi texniki təhlükə yaratmaqla yanaşı, mənəviyyatımıza və insanların sağlamlığına da ciddi zərbə vurur.
Bakıda çoxmərtəbəli binaların bir-birinə çox yaxın tikilməsinə yol verilməyəcək

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir İ.İzzət/

Bakıda binaların bir-birinə çox yaxın şəkildə tikilməsi texniki təhlükə yaratmaqla yanaşı, mənəviyyatımıza və insanların sağlamlığına da ciddi zərbə vurur. Bunu Trend-ə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev bildirib.

Onun sözlərinə görə, Bakıda bir-birinə yaxın, çoxmərtəbəli binaların tikilməsi qəbuledilməzdir: "Qarşı pəncərələri çox yaxın olan binalardakı insanlar, demək olar ki, həmişə pərdə arxasında yaşamağa məcbur olurlar. Bunun hesabına mənzilə günəş işığı düşmür. Bu isə insanların sağlamlığı baxımından çox pis, təhlükəli məqamdır".

Şöbə müdirinin fikrincə, bunun bir səbəbi həmin binaları inşa edən "sahibkarların" az yerdən daha çox gəlir götürmək məqsədilə tikinti normalarını pozmasıdırsa, digər səbəbi də vətəndaşların şəhərsalma və birgəyaşayış normalarına bələd olmamasıdır.

C.Qocayevin sözlərinə görə, problemin yaranmasında bəzi dövlət qurumlarının da böyük günahı var.

Komitə sözçüsü bildirib ki, çoxmərtəbəli binaların bir-birinə çox yaxın şəkildə tikilməsinə yol verilməməsi paytaxtın müfəssəl planının konsepsiyasında da nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti