...

Bəhram Xəlilov: Dövlət qulluğunda iqtisadi sahədə biliklərə sahib olanlara ehtiyac duyulur

Cəmiyyət Materials 23 Yanvar 2014 12:25 (UTC +04:00)
Dövlət qulluğunda iqtisadi sahədə, eyni zamanda, dövlət orqanlarında informasiya texnologiyaları biliklərinə sahib olan şəxslərə ehtiyac duyulur.
Bəhram Xəlilov: Dövlət qulluğunda iqtisadi sahədə biliklərə sahib olanlara ehtiyac duyulur

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir İ.İzzət/

Dövlət qulluğunda iqtisadi sahədə, eyni zamanda, dövlət orqanlarında informasiya texnologiyaları biliklərinə sahib olan şəxslərə ehtiyac duyulur. Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov jurnalistlərə açıqlamasında deyib.

Komissiyanın xətti ilə dövlət qulluğuna qəbul olan şəxslərin 80 faizini gənclər təşkil etdiyini deyən B.Xəlilovun sözlərinə görə, artıq Nazirlər Kabineti yeni qaydalar tətbiq edib: "Bu qaydalarda aşağı pillədə dövlət qulluğuna qəbulda heç bir təcrübə tələb olunmur. Ali məktəbləri bitirmiş şəxslər ixtisaslarına uyğun olaraq vəzifələri seçib imtahanlarda iştirak edə bilərlər".

Komissiya sədri əlavə ki, ümumilikdə 2007-ci ildən başlayaraq əldə edilən təcrübə təhlil edilir, yeniliklər tətbiq olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti