...

Penitensiar xidmətin tabe qurumlarında yanğın təhlükəsizliyi ilə bağlı təlimlər keçirilir (FOTO)

Cəmiyyət Materials 14 Fevral 2014 18:22 (UTC +04:00)
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin tabeliyindəki cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında şəxsi heyətin və xüsusi kontingentin yanğın təhlükəsizliyi ilə bağlı təlimatlandırılması üzrə tədbirlər davam etdirilir.
Penitensiar xidmətin tabe qurumlarında yanğın təhlükəsizliyi ilə bağlı təlimlər keçirilir (FOTO)

Azərbaycan, Bakı, 14 fevral /Trend/

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin tabeliyindəki cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında şəxsi heyətin və xüsusi kontingentin yanğın təhlükəsizliyi ilə bağlı təlimatlandırılması üzrə tədbirlər davam etdirilir.

Trend Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, Penitensiar xidmətin Mühafizə texnikası şöbəsi tərəfindən təşkil olunan təlimlərdə şəxsi heyətin və xüsusi kontingentin yanğın təhlükəsi zamanı davranışı, həyata keçiriləcək təhlükəsizlik tədbirləri izah olunur, xüsusi vasitələrdən istifadə qaydaları aşılanır.

Növbəti belə tədbirlər 1,6,10,15 saylı cəzaçəkmə müəssisələrində keçirilmişdir. Təlimlərdə Penitensiar xidmətin Mühafizə texnikası şöbəsinin məsul əməkdaşları, cəzaçəkmə müəssisələrinin rəhbərliyi, şəxsi heyətin və xüsusi kontingentin üzvləri iştirak etmişlər.

Keçirilən təlimlərdə YTQ-nın normalarına düzgün riayət edilməsi, müvafiq texniki vasitələr haqqında geniş məlumat verilmiş, istifadə qaydaları nümayiş etdirilmiş, müəssisələrdə fəaliyyət göstərən könüllü yanğından mühafizə dəstələrinin fövqəladə hallar zamanı hərəkətləri, yanğınsöndürən avtomobillərdən istifadə olunma qaydaları və xüsusi kontingentin təxliyəsi məşq etdirilmişdir.

Təlimlərdə Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqaməti ilə bağlı videoçarxlar nümayiş etdirilmişdir.

Penitensiar müəssisələrdə mülki müdafiə işinin təşkili ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları ilə qarşılıqlı əməkdaşlıq şəraitində müxtəlif tikililərin yanğından mühafizəsinin təmin edilməsi, eləcə də fövqəladə hadisələrin qarşısının alınması məqsədilə lazımi qabaqlayıcı tədbirlərin daim nəzarətdə saxlanılması ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Naziri, birinci dərəcəli dövlət ədliyyə müşaviri cənab Fikrət Məmmədovun tələbləri bir daha məsul əməkdaşların nəzərinə çatdırmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti