...

Azərbaycanın cəzaçəkmə müəssisələrində ölüm halları 23 faizədək azalıb

Cəmiyyət Materials 5 Mart 2014 12:46 (UTC +04:00)
Ötən il 2012-ci illə müqayisədə cəzaçəkmə müəssisələrində ölüm halları 23 faizədək azalıb.
Azərbaycanın cəzaçəkmə müəssisələrində ölüm halları 23 faizədək azalıb

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir İ.İzzət/

Ötən il 2012-ci illə müqayisədə cəzaçəkmə müəssisələrində ölüm halları 23 faizədək azalıb. Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2013-cü ilin yekunları ilə bağlı Milli Məclisə təqdim etdiyi hesabatda qeyd olunub.

Hesabatda bildirilir ki, 2012-ci ildə 133, 2013-cü ildə isə 102 ölüm halı qeydə alınıb. O cümlədən, cəzaçəkmə müəssisələrində vərəmdən ölənlərin sayı 33 faizdən çox azalıb. 2012-ci ildə vərəmdən ölənlərin sayı 26, 2013-cü ildə isə 16 nəfər olub.

Ümumilikdə ötən il Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi tərəfindən 16586 təqsirləndirilən şəxs tibbi müayinədən keçirilib. İl ərzində cəzaçəkmə müəssisələrində tibb-sanitar hissələrində vəziyyət yaxşılaşdırılıb, sağlamlıq otaqlarının sayı 14-ə çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti