...

Zərifə Əliyevanın 91 illiyinə həsr edilmiş "dəyirmi masa" keçirilib (FOTO)

Cəmiyyət Materials 26 Aprel 2014 11:12 (UTC +04:00)
Bu gün Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı Qadınlar Şurası Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümünə həsr edilmiş "dəyirmi masa" təşkil edib.
Zərifə Əliyevanın 91 illiyinə həsr edilmiş "dəyirmi masa" keçirilib (FOTO)

Azərbaycan, Bakı, 26 aprel /Trend/

Bu gün Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı Qadınlar Şurası Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümünə həsr edilmiş "dəyirmi masa" təşkil edib.

YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri Pərvin Kərimzadə giriş sözü ilə çıxış edərək, Zərifə xanım Əliyevanın həyat fəaliyyəti haqqında məlumat verib və Zərifə xanımın varlığı ilə ailəsini, övladlarını sevən ana olduğunu, övladlarının layiqli insan və vətəndaş kimi böyüməsi, tərbiyə alması üçün ömrünü şam kimi əritdiyini bildirib.

Sonra Zərifə xanım Əliyevaya həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbirdə Azərbaycan Texnologiya Universitetinin prorektoru Gülsüm Fətəliyeva "Məğrur qadın, fədakar ana, böyük alim", "Odlar Yurdu" Gənclər İctimai Birliyinin sədri Nigar Ələsgərova "Müasir cəmiyyətdə qadınların rolu" adlı məruzə ilə, həkimlərdən Xalidə Sadıqova, Tükəzban Nuriyeva, Şirin Əhmədova, Azərbaycan Dövlət Aqrar Universitetinin kafedra müdiri Səidə Qasımova, Arzu Məmmədova və başqaları çıxış ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti