...

Dövlət Sərhəd Xidmətində akademik Zərifə Əliyevanın anadan olmasının 91-ci ildönümü münasibətilə anım tədbirləri keçirilib

Cəmiyyət Materials 28 Aprel 2014 15:03 (UTC +04:00)
Dövlət Sərhəd Xidmətində (DSX) görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 91-ci ildönümü münasibətilə anım tədbirləri keçirilib.
Dövlət Sərhəd Xidmətində akademik Zərifə Əliyevanın anadan olmasının 91-ci ildönümü münasibətilə anım tədbirləri keçirilib

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir İ.İsabalayeva/

Dövlət Sərhəd Xidmətində (DSX) görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 91-ci ildönümü münasibətilə anım tədbirləri keçirilib.

DSX-nin mətbuat mərkəzindən Trend-ə verilən məlumata görə, öncə qadın hərbi qulluqçular Fəxri xiyabanda Zərifə Əliyevanın məzarı önünə tər çiçək dəstələri qoyublar. Sonra qadın hərbi qulluqçular akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində fəaliyyət göstərən muzeyə baxış keçiriblər. Ziyarətçilər muzeydə Zərifə Əliyevanın həyatını, elmi və yaradıcılıq fəaliyyətini əks etdirən zəngin eksponatlara tamaşa ediblər.

Anım tədbirləri DSX-nin Aparatında Vaqif Mustafayevin Heydər Əliyev haqqında filmlər silsiləsindən "Əsl məhəbbət haqqında" sənədli filminin nümayişi ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti