...

Akademik Zərifə Əliyevanın anadan olmasının 91 illiyi Ukraynanın İrpen şəhərində qeyd olunub (FOTO)

Cəmiyyət Materials 29 Aprel 2014 12:51 (UTC +04:00)
Anım mərasimində Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli çıxış edərək akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminin inkşafındakı misilsiz xidmətlərindən söz açıb.
Akademik Zərifə Əliyevanın anadan olmasının 91 illiyi  Ukraynanın İrpen şəhərində qeyd olunub (FOTO)

Azərbaycan, Bakı, 29 aprel /Trend/

Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 91-ci ildönümü münasibətilə İrpen şəhərinə gələn Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatları, Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı nümayəndələri və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin fəalları tanınmış elm fədaisinin büstü önünə tər çiçəklər qoymaqla onun əziz xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər. Bu barədə Trend-ə Ukrayna Azərbaycanlı Gənclər Birliyindən məlumat verilib.

Anım mərasimində Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli çıxış edərək akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminin inkşafındakı misilsiz xidmətlərindən söz açıb. Tədbirdə Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı nümayəndəliyinin rəhbəri Elçin Məmmədov, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov çıxış edərək Heydər Əliyev kimi dahi bir şəxsiyyətə sədaqətli ömür-gün yoldaşı olan Zərifə Əliyevanın şərəfli ömür yolundan söz açıb, onun əziz xatirəsinin xalqımız tərəfindən həmişə uca tutulacağını vurğulayıblar.

Anım mərasimində çıxış edən İrpen şəhərindəki 12 saylı orta məktəbin şagirdi Valeriya Rudenko və UAGB-nin sədr müavini İlhamə Allahverdiyeva Zərifə Əliyevanın İrpen şəhərində ucaldılmış büstünün Azərbaycanla Ukrayna arasında əbədi dostluq körpüsünə çevrildiyini nəzərə çatdırıblar.

İrpen şəhərindəki 12 saylı orta məktəbin müəlliməsi Nataliya Oleynik bildirib: "91 il bundan öncə Naxçıvanın Şahtaxtı kəndində anadan olan Zərifə Əliyevanın adı bu gün İrpen şəhər sakinləri tərəfindən əziz tutulur. Mən çox şadam ki, şəhərimizdə belə bir görkəmli elm xadiminin adına orta məktəb, mərkəzi küçə və yaraşıqlı istirahət parkı var. Mən əminəm ki, əsl ziyalı, həkim, elm fədaisi və qayğıkeş ana obrazlarını özündə cəmləşdirən Zərifə Əliyevanın adı uzun əsrlər boyu xalqlarımız arasındakı mənəvi dostluq yollarına işıq saçacaq".

Anım mərasimində İrpen şəhərindəki Zərifə Əliyeva adına orta məktəbin şagirdlərinə Azərbaycanın Ukraynadakı səfirliyi və "SOCAR Ukrayna" tərəfindən hədiyyələr təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti