...

Azərbaycanda ilk dəfə olaraq müxtəlif növ heyvanların ətinin DNT ekstraksiyası üsulu ilə təyini sınaqlarına başlanılıb (FOTO)

Cəmiyyət Materials 1 May 2014 12:50 (UTC +04:00)
İlk olaraq at, uzunqulaq, donuz və toyuq ətinin təyini üzrə reagentlər alınaraq istifadəyə verilib
Azərbaycanda ilk dəfə olaraq müxtəlif növ heyvanların ətinin DNT ekstraksiyası üsulu ilə təyini sınaqlarına başlanılıb (FOTO)

Azərbaycan, Bakı, 1 may /Trend/

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzində (AzTEST) müxtəlif növ heyvanların ətinin DNT ekstraksiyası üsulu ilə təyini sınaqlarına başlanılıb.

Komitədən Trend-ə verilən məlumata görə, ilk olaraq at, uzunqulaq, donuz və toyuq ətinin təyini üzrə reagentlər alınaraq istifadəyə verilib. Sınaqlar həm çiy, həm də bişmiş və ya emal olunmuş ətin üzərində aparılacaq.

Artıq AzTEST-in Yeyinti və kənd təsərrüfatı məhsullarının sınaq laboratoriyasında at ətindən DNT ayrılaraq "Real-time PCR" cihazında sınaq aparılıb və müsbət nəticə alınıb. Sınaqları aparmaq üçün laboratoriyada əsasən Almaniyanın "QiaGen" şirkətinin istehsalı olan Ekstraktor (QiaCube) və "Real-Time PCR" cihazlarından, həmçinin Almaniyanın test reagentlərindən istifadə olunacaq.

Məlumat üçün bildirək ki, Təcrübə-Sınaq Mərkəzində aparılan bu sınaqlar Azərbaycanda ilk dəfə olaraq həyata keçirilir. Bu sınaqlar satılan və istifadə olunan ətin hansı heyvan növünə aid olduğunu ayırd etməklə bu sahədə istehlakçı hüquqlarının qorunmasına kömək edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti