...

Təhsil Nazirliyi: Dövlət Proqramı çərçivəsində təhsil almaq istəyənlər üçün konkret kvota nəzərdə tutulmur

Cəmiyyət Materials 7 May 2014 16:20 (UTC +04:00)
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təhsil almaq istəyən gənclər üçün hər tədris ili üzrə konkret kvota nəzərdə tutulmur.
Təhsil Nazirliyi: Dövlət Proqramı çərçivəsində təhsil almaq istəyənlər üçün konkret kvota nəzərdə tutulmur

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir İ.İsabalayeva/

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təhsil almaq istəyən gənclər üçün hər tədris ili üzrə konkret kvota nəzərdə tutulmur. Bunu Trend-ə Təhsil Nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd edilib ki, Dövlət Proqramı çərçivəsində təhsil alacaq tələbələrin sayı birbaşa Təhsil Nazirliyinə müraciət edən və müsabiqədə müvəffəqiyyət qazanan iddiaçıların sayından asılıdır: "Dövlət Proqramının əsas məqsədi qısa zamanda ölkəmizin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsidir. Bunu nəzərə alaraq, müsabiqə bu proqrama ən layiqli tələbələrin seçimini təmin etmək məqsədilə keçirilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti