...

Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq istəyənlər üçün sənəd qəbuluna başlanılır

Cəmiyyət Materials 13 May 2014 12:48 (UTC +04:00)
"2007-2015-ci illərdə Azərbayan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 2014-2015-ci tədris ili üzrə xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq istəyən gənclər üçün sənəd qəbulu elan edilir.
Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq istəyənlər üçün sənəd qəbuluna başlanılır

Azərbaycan, Bakı, 13 may /Trend/

"2007-2015-ci illərdə Azərbayan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 2014-2015-ci tədris ili üzrə xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq istəyən gənclər üçün sənəd qəbulu elan edilir.

Trend-in məlumatına görə, Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lərlə iş sektorunun müdiri Cəsarət Valehov bu gün keçirilən mətbuat konfransında bildirib ki, sənəd qəbulu mayın 20-dən avqustun 8-dək elektron qaydada aparılacaq.

Onun sözlərinə görə, namizədlərə müsabiqənin tarixi barədə əlavə məlumat veriləcək. Müsabiqədə iştirak edərkən onlar elektron qaydada təqdim etdikləri sənədlərin əslini Təhsil Nazirliyinə təqdim etməlidirlər. Müsabiqədə iştirak üçün 2014-2015-ci tədris ilində dövlət proqramı çərçivəsində seçilən xaricdəki ali məktəblərin birindən təhsil almaları üçün qəbul məktubu alan gənc və hazırda təhsil alan iddiaçılar da xaricdə təhsil almaq üçün sənədlərini təqdim edə bilərlər. Dövlət Proqramının təqaüdçüləri bakalavriat səviyyəsi üzrə təhsil almaq üçün 29, magistratura, doktorantura və rezidentura səviyyəsi üzrə isə 35 yaşadək olan Azərbaycan vətəndaşları sırasından şeçilirlər.

C.Valehov deyib ki, rezidentura səviyyəsi üzrə təhsil ala biləcək şəxslər üçün bəzi yeniliklər var: "Bizim tibb təhsili alan gənclərimizin çoxu Almaniyada rezidentura təhsili almaq istəyirlər. Amma Almaniyada səhiyyə sahəsində qanunvericilikdə müəyyən dəyişikliklər olduğundan bu ölkədə rezidenturaya qəbulla bağlı müəyyən dəyişikliklər var. Almaniyanın səhiyyə qanunvericiliyində 1 aprel 2012-ci il tarixli dəyişikliklərlə əlaqədar həmin ölkədə dövlət proqramı çərçivəsində rezidentura səviyyəsi üzrə təhsil almaq üçün yalnız Almaniyada aprobasiya imtahanını müvəffəqiyyətlə vermiş, universitet klinikalarında işçi müqaviləsi imzalamış tələbələrin sənədləri qəbul ediləcək".

Nazirlik rəsmisi qeyd edib ki, şəffaflığı təmin etmək məqsədilə xaricdə təhsil almaq istəyən iddiaçıların müsabiqəsində bu ildən başlayaraq audio-video çəkiliş də aparılacaq. Bununla da bu prosesin hansı qaydada şəffaf aparıldığı audio-video çəkilişlərlə təsdiq olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti