...

Arzu Rəhimov İmişlidə vətəndaşları qəbul edib

Cəmiyyət Materials 22 May 2014 14:35 (UTC +04:00)
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov mayın 22-də Xidmətin İmişli rayon şöbəsinin inzibati binasında İmişli, Beyləqan, Ağcabədi, Ağdam, Füzuli rayon və şəhər sakinlərinin qəbulunu həyata keçirib.
Arzu Rəhimov İmişlidə vətəndaşları qəbul edib

Azərbaycan, Bakı, 22 may /Trend/

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov mayın 22-də Xidmətin İmişli rayon şöbəsinin inzibati binasında İmişli, Beyləqan, Ağcabədi, Ağdam, Füzuli rayon və şəhər sakinlərinin qəbulunu həyata keçirib.

Dövlət Xidmətindən Trend-ə verilən məlumata görə, qəbulda 20-dək sakin iştirak edib. Vətəndaşların müraciətləri daha çox hərbi xidmətə çağırılan övladlarının ailə vəziyyətləri ilə əlaqədar olaraq yaşadıqları əraziyə yaxın olan hərbi hissələrdə xidmət keçmələri, eləcə də təkrar tibbi müayinəyə cəlb olunmaları, Xidmətin müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, veteran adı və vəsiqəsinin verilməsi məsələlərində köməklik göstərilməsinə dair olub.

Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib. Eyni zamanda, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti üzrə baxılmasından ötrü müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti