...

Trend İnformasiya Agentliyi növbəti mükafata layiq görülüb (FOTO)

Cəmiyyət Materials 5 İyun 2014 10:19 (UTC +04:00)
Trend İnformasiya Agentliyi nüfuzlu "Uğur" Milli Mükafatına layıq görülüb.
Trend İnformasiya Agentliyi növbəti mükafata layiq görülüb (FOTO)

Azərbaycan, Bakı, 5 iyun /Trend/

Trend İnformasiya Agentliyi nüfuzlu "Uğur" Milli Mükafatına layıq görülüb.

4 iyunda "Jumeirah Bilgah Beach Hotel"də mükafatın təntənəli təqdimat mərasimi keçirilib.

"Consulting&Business" jurnalı tərəfindən 2000-ci ildə təsis olunmuş bu mükafat hər il müxtəlif nominasiyalarda milli iqtisadiyyatın və biznesin möhkəmləndirilməsində, inkişafında əhəmiyyətli rol oynamış şirkətlərə təqdim olunur.

Trend İnformasiya Agentliyi də "İnformasiya və analitika sahəsində beynəlxalq miqyaslı töhvələrinə görə" "Uğur" Mükafatı ilə təltif edilib.

1995-ci ildə yaradılan Trend Müstəqil İnformasiya Agentliyi, Cənubi Qafqazda, Xəzər regionunda və Mərkəzi Asiyada aparıcı xəbər tədarükçüsüdür. Agentliyin bazasında yaradılan Trend Ekspert Şurasının tərkibinə region və Qərb ölkələrinin 40-a yaxın tanınmış müstəqil eksperti daxildir. Trend Asiya və Sakit okean ölkələri İnformasiya Agentlikləri Təşkilatının, Ümumdünya Qəzet Konqresinin üzvüdür. 2006-2007-ci illərdə Azərbaycanda "KİV sahəsində ən yaxşı şirkət" seçilib. Avrasiya Televiziya və Radio Akademiyası 2008-ci ildə Trend-i "Avrasiyada daha dinamik inkişaf edən resurs" hesab edib. Dünyanın 50-dən çox aparıcı və nüfuzlu media qurumları Trend-in rəsmi tərəfdaşlarıdır.

Trend Azərbaycan, Gürcüstan, İran, Qazaxıstan, Türkmənistan və Özbəkistanda və bir sıra Avropa ölkələrində daimi müxbirlərə malikdir. Trend-in Azərbaycan, ingilis, rus, ərəb və fars dillərində xəbər xidmətləri fəaliyyət göstərir.

Trend siyasət, iqtisadiyyat, neft və qaz hesabatları, Xəzər regionunda və Mərkəzi Asiya ölkələrində tikinti və logistika sahələrinin analizini, Azərbaycanın ofşor neft-qaz layihələrinin vəziyyəti və Azərbaycanda qazma haqqında xüsusi nəşr, Azərbaycanda bankların cari vəziyyəti haqqında xüsusi nəşr, bütün banklar üzrə renkinqlərin və reytinq qiymətləndirmələrinin aylıq nəşrini, İranda bankların cari vəziyyəti haqqında xüsusi nəşr, Mərkəzi Asiya ölkələrinin biznesinin və iqtisadiyyatının monitorinqini, Qazaxıstan neft sənayesinin kompleks icmalını, Türkmənistan və Özbəkistanın iqtisadiyyatının, onların bazar və biznesinə dair nəşrlər hazırlayır. Agentliyin materialları Google, Yandeks, Redtram, Rambler kimi nəhəng xəbər resurslarında yer alır. Ödənişli məlumat bazası isə dünyanın nüfuzlu KİV-ləri və siyasi, iqtisadi elitası üçün nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti