...

Tələbələrimiz Avstriyada Azərbaycanı təmsil ediblər (FOTO)

Cəmiyyət Materials 6 İyun 2014 15:39 (UTC +04:00)
Azərbaycanlı tələbələr Avstriyanın paytaxtı Vyanada keçirilən bayram tədbirində təmsil olunub.
Tələbələrimiz Avstriyada Azərbaycanı təmsil ediblər (FOTO)

Azərbaycan, Bakı, 6 iyun /Trend/

Azərbaycanlı tələbələr Avstriyanın paytaxtı Vyanada keçirilən bayram tədbirində təmsil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Vyananın Modul Universitetində hər il ənənəvi olaraq "Beynəlxalq Gün" ("International Day") adı altında tədbir təşkil edilir. Budəfəki tədbirdə Azərbaycanı və 15-dən çox ölkəni təmsil edən 300-dən artıq tələbə iştirak edərək öz ölkəsinin mədəniyyətini, incəsənətini, mətbəxini nümayiş etdirib.

Tədbirdə Azərbaycanı layiqincə təmsil edən tələbələr "Azərbaycan guşəsi" yaradıblar. Sürəyya Talışinskaya və Atilla Bayramov tərəfindən hazırlanmış guşədə xalqımızın milli mədəniyyətini əks etdirən suvenirlər, milli atributlar, milli mətbəximizdən nümunələr, şirniyyat növləri təqdim edilib. Milli geyimdə olan tələbə S.Talışinskayanın ifa etdiyi Azərbaycan rəqsini isə iştirakçılar xüsusi maraqla qarşılayıblar.

Bayram tədbirinin sonunda Azərbaycanı tanıdan videoçarx nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti