...

Turində 66-cı Ümumdünya Qəzet Konqresi öz işinə başlayır

Cəmiyyət Materials 9 İyun 2014 11:02 (UTC +04:00)
Bazar ertəsi İtaliyanın Turin şəhərində 66-cı Ümumdünya Qəzet Konqresi öz işinə başlayır. Tədbir iyunun 9-dan 11-nə kimi davam edəcək.
Turində 66-cı Ümumdünya Qəzet Konqresi öz işinə başlayır

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir E.Tariverdiyeva/

Bazar ertəsi İtaliyanın Turin şəhərində 66-cı Ümumdünya Qəzet Konqresi öz işinə başlayır. Tədbir iyunun 9-dan 11-nə kimi davam edəcək.

Trend-in məlumatına görə, bu il Turində Ümumdünya Qəzet Konqresi ilə eyni vaxtda 21-ci Ümumdünya Redaktorlar Forumu və 24-cü Ümumdünya Reklam Forumu da keçirilir.

2014-cü ildə Ümumdünya Qəzet Konqresinin iştirakçıları "The Financial Times", "Bloomberg", "The Associated Press", "The Wall Street Journal", "The Guardian", "The New York Times", İTAR-TASS və digər nüfuzlu kütləvi informasiya vasitələrinin rəhbərləri olacaqlar. Konqresdə Trend Beynəlxalq İnformasiya Agentliyinin (BİA) nümayəndələri də iştirak edirlər.

Ümumdünya Qəzet Konqresi mətbuatın işinin əsas istiqamətlərini müəyyən edən tədbirdir və bu sahədə innovasiya qərarlarının müzakirəsi üçün əsas meydandır. Konqres, həmçinin bu sahədə baş verən sürətli dəyişikliklərlə bağlı naşirlərə dəstək məqsədi daşıyır.

Konqres ənənəvi olaraq qəzet işində yeni biznes modellərinin və gəlir mənbələrinin öyrənilməsinə həsr olunacaq.

Ümumdünya forumunda redaktorlar ilk növbədə jurnalistika sahəsində innovasiyalar və redaksiyaların işinin təşkili məsələlərini qaldıracaqlar.

Konqresin tədbirlərində mindən artıq naşir, baş redaktor, icraçı direktorlar və kütləvi informasiya vasitələrinin yüksək səviyyəli rəhbərləri iştirak etmək niyyətindədirlər.

Konqresin təşkilatçısı bir çox dünya kütləvi informasiya vasitələrini birləşdirən nüfuzlu beynəlxalq təşkilat Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasıdır (WAN-IFRA).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti