...

Azərbaycanda dövlət qulluqçuları üçün Təlim Mərkəzi yaradılacaq

Cəmiyyət Materials 21 İyun 2014 13:41 (UTC +04:00)
Azərbaycanda dövlət qulluqçuları üçün böyük Təlim Mərkəzi yaradılacaq. Bunu Trend-ə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov deyib.
Azərbaycanda dövlət qulluqçuları üçün Təlim Mərkəzi yaradılacaq

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda dövlət qulluqçuları üçün böyük Təlim Mərkəzi yaradılacaq. Bunu Trend-ə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov deyib.

Komissiya sədrinin sözlərinə görə, Təlim Mərkəzinin yaxın 1 il ərzində yaradılması gözlənilir: "Təlim Mərkəzi Komissiyanın yeni binası tikilib istifadəyə verildikdən sonra fəaliyyətə başlayacaq. Yeni binada Təlim Mərkəzi ilə yanaşı, dövlət qulluğuna qəbul imtahanlarının, eləcə də müxtəlif konfransların keçirilməsi mümkün olacaq. Təlim Mərkəzində il ərzində 5 mindən çox dövlət qulluqçusunun qısamüddətli təlimlərə cəlb olunması və təlimlərin yüksək səviyyəli yerli və xarici mütəxəssislər tərəfindən keçirilməsi nəzərdə tutulur".

B.Xəlilov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın binası 7 mərtəbədən ibarət olacaq. Binanın 2015-ci ildə tikilib istifadəyə verilməsi gözlənilir.

Qeyd edək ki, dövlət qulluqçuları üçün Təlim Mərkəzinin yaradılmasına dair müddəalar Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiqlənmiş "2012-2015-ci illər üçün korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı"nda da yer alıb.

Xatırladaq ki, hazırda Azərbaycanda 30 min nəfərdən çox dövlət qulluqçusu var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti